Qaçırılan 23 yaşlı qız tapılıb - YENİLƏNİB

Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə