İmişlidə “Mercedes” marketə çırpılıb...

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib, idarəetmədən çıxan minik avtomobili marketə çırpılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə İmişli şəhəri Koroğlu küçəsində qeydə alınıb. İdarəetmədən çıxan “Mercedes” markalı minik maşını marketə çırpılıb. Hadisədən bir neçə saniyə öncə market qarşısından keçən yeniyetmə son anda qəzadan xilas olub. Qəza zamanı xəsarət alan olmasa da marketin giriş hissəsi dağılıb və nəqliyyat vasitəsi zədələnib. Qəzanın baş verməsi anbaan təhlükəsizlik kamerasına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə