Yasamalda 4 kiloqrama yaxın narkotik vasitə tutulub - FOTO

Yasamalda 4 kiloqrama yaxın narkotik vasitə tutulub - FOTO

Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Hüseyn Rzayev saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onun satış məqsədilə tədarük etdiyi 4 kiloqrama yaxın heroin, marixuana və tiryək aşkarlanıb.

H.Rzayevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində 26-cı polis bölməsinin əməkdaşları tədbirləri davam etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə