Leninqrad vilayətində kilidli mənzildə boğulmuş körpə tapılıb

...Leninqrad vilayətində təşviş içində olan yerli sakin polisə zəng edib. O, bu yaxınlarda ana olan qızının uzun müddətdir ki, onunla əlaqə saxlamadığnı bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əməliyyatçılar gənc qadının evinə yoxlamaq üçün gəliblər.

İtkin düşən qadın 8 aylıq uşağı ilə şəhər tipli Mqa qəsəbəsinin Jeleznodorojnaya küçəsində yaşayıb.

...Qadının özü mənzildə olmayıb, lakin əməliyyatçılar boğularaq öldürülmə əlamətləri olan körpə cəsədi tapıblar. Meyit ölüm səbəbinin müəyyən edilməsi üçün morqa göndərilib.

Hazırda uşağın anasını axtarırlar.

Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə