Xaçmazda iki obyektdə yanğın olub

Xaçmazda iki obyektdə yanğın olub. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, Xaçmaz şəhərində bazar ərazisində bir dam altında tikilən ümumi sahəsi 2 500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində 2 ədəd soyuducu yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə