Hacıqabulda minik avtomobili aşıb, 8 nəfər xəsarət alıb - FOTO

Hacıqabul rayonu ərazisində yol qəzası baş verib, nəticədə 8 nəfər xəsarət alıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb. “Volkswagen” markalı nəqliyyat vasitəsinin aşması nəticəsində Nazilə Cəbrayılova, Amin Cəbrayılov, Bünyamin Cəbrayılov, Yazgül Cəbrayılova, Gülşən Teyyublu, Şəfaqət Teyyubov, həmçinin Teyyubov Niyazi Rais oğlu və Teyyubov Niyazi Məmmədşah oğlu xəsarət alıblar. Yaralılar Şirvan Şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə