İranlı ilə ermənistanlı arasında dava...

...Moskvada Hardkor təşkilatının qarışıq döyüş növləri (MMA) turnirində münaqişə kütləvi dava ilə yekunlaşıb. Hadisə ötən cümə axşamı, aprelin 19-da iranlı döyüşçü Əli Heybati ilə Ermənistandan olan iştirakçı Arkadi Osipyan arasında baş verən döyüşdən sonra qeydə alınıb.

SİA TASS-a istinadən xəbər verir ki, Ermənistan təmsilçisinin qələbəsi ilə başa çatan dava başa çatdıqdan sonra zalda əlbəyaxa dava düşüb.

Deyilənlərə görə, oktaqon yaxınlığında bir qrup şəxs Osipyana hücum edib.

Bundan başqa, iranlı döyüşçünün təltif padnosunu tutan qızı təpiklədiy də deyilir.

Hazırda hadisənin bütün halları müəyyənləşdirilir.

Hardkor təşkilatının rəhbərliyi kütləvi davanın bütün iştirakçılarını ömürlük diskvalifikasiya etmək qərarına gəlib. Bundan əlavə, Heibatinin bütün qonorarı döyülən qıza verəcəyi məlum olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə