Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar daxil olub

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən su anbarı təmizlənib.

Məlumata görə, tullantılar yaz daşqınlarından sonra anbara sel suları ilə tökülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə