2 nəfər dəm qazından zəhərlənərək ölüb

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 18-də qeyd olunan ünvanda evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə