Binəqədi-Balaxanı şosesində yük maşını aşıb

Bu gün səhər 08:00 radələrində Sabunçu rayonu, Balaxanı-Binəqədi yolu, "Lukoil" yanacaq məntəqəsi ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Bu barədə SİA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

"Hadisə nəticəsində 2 nəfər (kişi cinsli) xəsarət alıb. Müştərək travmalarla xəsarət alan şəxslər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə