Ötən sutka 8 nəfərin həyatı xilas edilib - FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması sahəsində fəaliyyətini davam etdirir. FHN-ın 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 halda yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər, o cümlədən qəza zamanı nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan 1 nəfər xilas edilib. Həmçinin 2 nəfərin meyiti bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə