Ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürüblər. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 16-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 pulemyot, 2 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 848 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 28 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə