Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, Şüvəlan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Şükürov Ramil İxtiyar oğlu, 2006-cı il təvəllüdlü Hüseynzadə Əliabbas Ağa oğlu və həmyaşıdı Əlizadə Naib Oktay oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB