...Moskva yaxınlığındakı Şaturada iki polis yerdə yatan kişini təpikləyib şiddətli şəkildə döyüblər.

Və bundan sonra onlara qarşı cinayət işi açılıb.

SİA xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.

Döyülmə aprelin 14-də axşam saatlarında baş verib.

...Şatura Regionu - Dünyanın Paytaxtı” Telegram kanalı xidməti avtomobilin yanında iki uniformalı zabitin göründüyü video yayımlayıb. Onlar yaxınlıqda asfalt kənarında yatan kişini təpikləyirmişlər. Daha sonra təhlükəsizlik qüvvələri avtomobilə minərək oradan uzaqlaşıblar. Zərərçəkmiş isə elə küçədə uzanmış vəziyyətdə də qalıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb və qanunu pozanların işdən çıxarılacağına söz verib.

İşçilərin rəhbərlərinə isə töhmət veriləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə