KTM-ə zəhərlənmə ilə bağlı 125 müraciət daxil olub

Bayram günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 125 müraciət daxil olub. Bu barədə SİA-ya Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, şöbəyə qəbul edilən xəstələrdən 4-ü kəskin psixotrop maddədən, 2-si dərmandan, 2-si allergiya, 3-ü sirkə turşusundan zəhərlənən şəxslərdir: "Həmçinin 1 nəfər ilan sancması, 1 nəfər botulizm, 1 nəfər dəqiqləşdirilməmiş spirtin toksiki təsviri, 1 nəfər dəm qazı, 1 nəfər anafilaksiya səbəbindən, 2 nəfər allergiya, 1 nəfər isə fosfor üzvi birləşmələri (FÜB) zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Ölüm qeydə alınmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə