Salyanda yol qəzası olub, yaralılar var

Salyanda yol qəzası olub, yaralılar var

Salyan rayonunda yol qəzası baş verib, nəqliyyat vasitəsinin aşması nəticəsində xəsarət alanlar olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində Ələt-Astara avtomobil yolunun Kürsəngi kəndi ərazisində qeydə alınıb. Nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində Bilal Rüstəmov və Ağa Ağamalıyev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə