ABŞ-ın Miçiqan ştatının rayon məhkəməsi Oksfordda məktəbdə atəş açaraq 4 nəfəri öldürən yeniyetmənin valideynlərini mühakimə edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə CNN xəbər verir.
Cennifer və Ceyms Krambl qəsdən adam öldürmə ittihamı ilə 10 ildən 15 ilə qədər həbs cəzası aldılar.
Qeyd edək ki, onlar övladı tərəfindən məktəbdə atışma törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilən ilk valideynlərdir.
Müdafiə vəkilləri Krambllar üçün beş ildən az həbs cəzası istəyiblər, lakin...
Qeyd edək ki, 2021-ci ilin noyabrında onların 15 yaşlı oğlu Ethan Krambl evdən götürdüyü silahla məktəbə gələrək məktəbdə tələbələrə və işçilərə atəş açıb.
Hücum nəticəsində 4 nəfər ölüb, daha 6 nəfər yaralanıb. 2023-cü ilin dekabrında CNN 17 yaşlı Kramblı ömürlük həbs cəzasına məhkum edildiyini bildirdi.
Onu da qeyd edək ki, o, bu cür cəza alan ilk amerikalı azyaşlı olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB