Cənubi Koreyalı müğənni ölü tapılıb…

Cənubi Koreyalı müğənni və K-pop ulduzu Park Bo Ram şənlik zamanı tualetdə ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Allkpop portalı Xanadu Entertainment agentliyinə istinadən məlumat yayıb.

30 yaşlı ulduzun məclisdə olduğu və tualetə getdiyi məlum olub. Bir müddət sonra müğənninin dostları Park Bo Ramın uzun müddət tualetdən çıxmadığını görüb, hər şeyin qaydasında olduğundan əmin olmaq üçün onun arxasınca gediblər.

Müğənni lavabonun üstündə huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili yardım briqadası məşhuru təcili olaraq Hanyanq Universiteti Xəstəxanasına çatdırıb, həkimlərin ölüm elan etməkdən başqa çarəsi qalmamışdı.

…Hazırda polis hadisənin başvermə şəraitini araşdırır. Qeyd olunur ki, məşhur şou-biznesdəki on illik yubileyini yeni buraxılışı ilə qeyd etməyi planlaşdırsa da, buna vaxt tapmayıb.

Park Bo Ram 1 mart 1994-cü ildə Çunçeonda anadan olub. 2014-cü ildə müğənni "İlin artisti" nominasiyasında milli mükafata layiq görülüb. Müğənninin mahnıları bir sıra filmlərin və serialların saundtreklərində yer alıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə