Sidneydə bıçaqlanma: 6 nəfər həyatını itirib

Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzinə bıçaqlı hücum nəticəsində ilkin məlumata görə 6 nəfər həyatını itirib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, yüzlərlə insan ticarət mərkəzindən evakuasiya edilib.

Məlumata görə, 9 aylıq körpə də daxil olmaqla bıçaq xəsarətləri alan 7 nəfər xəstəxanaya yerləşdirilib.

Polis rəsmiləri iki hücumçudan birinin polis tərəfindən ağır yaralandığını, digər hücumçunun axtarışlarının davam etdirildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə