Rus tramvayının "tormozu otkaz" eləyib

Sankt-Peterburqda əyləcləri nasaz olan tramvay izdihamın üstünə çıxıb

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RBC Daxili İşlər Nazirliyinin şəhər üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.

İlkin məlumata görə, 3 nəfər xəsarət alıb. Sürücünün sözlərinə görə, Naliçnaya küçəsində (Vasileostrovski rayonu) tramvayın əyləc sistemi sıradan çıxıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, xəsarət alan 45 yaşlı qadının vəziyyəti ağırdır.

22 və 42 yaşlı digər iki kişi də “daha ​​az ağır” olsalar da, xəsarət alıblar.

Hadisə saat 15:15 radələrində baş verib. Hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə