Kəlbəcərdə 27 ədəd əl qumbarası tapılıb - FOTO

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda 27 ədəd əl qumbarası aşkarlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən 9 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olub.

Bundan başqa, rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2 ədəd partlayıcı başlığı, 2 ədəd “M-75” əl qumbarası, 4 ədəd avtomat darağı və çoxlu sayda patron aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə