Salyanda avtomobil piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Qurbanov Cavad Mehdi oğlu yolu keçmək istəyən zaman avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB