Qadın azyaşlı uşaqlara hücum edib...

Qadın azyaşlı uşaqlara hücum edib...

Moskva vilayətində naməlum qadının hücumuna məruz qalan iki uşaq xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, REN TV hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, hadisə ötən çərşənbə axşamı, aprelin 9-da Podolskdakı uşaq meydançalarından birində baş verib.

Belə ki, qadın həyətdə oynayan iki qıza qəfil hücum edib və onları döyməyə başlayıb. Hücum edən qızlardan birinin onurğasını sındırıb. Doqquz yaşlı qız xəstəxanaya yerləşdirilib. Digər zərərçəkmiş yeddi yaşlı qız beyin silkələnməsi ilə xəstəxanaya aparılıb.

...Region polisi uşaqlara qarşı vəhşicəsinə hücumla bağlı araşdırma aparır. Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verir.

...Və polis Fedyukovo kəndindəki uşaq meydançasında münaqişə barədə məlumat aldığını bildirib.

İlkin məlumata görə, üç qız arasında mübahisə yaranıb, nəticədə onlardan birinin anası digər ikisini vurub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə