Şəmkirdə evin damından meyit tapılıb

Şəmkirdə evin damından meyit tapılıb

Şəmkir rayonunun Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının damında meyit tapılıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının damında ölən 1 nəfərin meyitinin düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit binanın damından düşürülərək aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə