Sumqayıtda mənzildən kişi meyiti tapılıb

Sumqayıtda mənzildən kişi meyiti tapılıb

Sumqayıt şəhərində 68 yaşlı kişinin meyiti tapılıb. SİA-nın yerli bürosu məlumat verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1956-cı il təvəllüdlü İsmayıl Mayis oğlu Nəcəfovun meyiti yaşadığı evdə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə