Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına birinci müavin təyin olunub. SİA-nın məlumatına görə, İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Sərəncamı ilə aprelin 8-də Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini vəzifəsinə gətirilib.
Bu gün kollektivə təqdim edilən Mikayıl Cəfərzadə bundan əvvəl başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.
Qeyd edək ki, fevral ayında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı birinci müavini Möhübbət Babayev yaşa görə təqaüdə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB