Beyləqanda avtobus kanala aşıb, 20 nəfər xəsarət alıb - YENİLƏNİB

Beyləqanda avtobus kanala aşıb, 20 nəfər xəsarət alıb - YENİLƏNİB

Aprelin 8-də saat 08:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. SİA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır. Onlardan 18-sində bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb.

2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə