Şahbuzda qadın körpüdən yıxılaraq ölüb

Şahbuzda qadın körpüdən yıxılaraq ölüb

Şahbuz rayonunda qadın körpüdən yıxılıb. SİA xəbər verir ki, hadisə rayonun Külüs kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Bağırova Bulqeyis Bağır qızı körpüdən çaya düşüb. Onun meyiti dünən gecə saatlarında kənd sakinləri tərəfindən çaydan tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə