Fövqəladə Hallar Nazirliyi Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə baş verən partlayışla bağlı məlumat yayıb. SİA-nın xəbərinə görə, məlumatda deyilir ki, hər mərtəbəsi 120kv.m olmaqla ümumi sahəsi 240kv.m olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.
Hadisə nəticəsində partlayış dalğasının təsirindən ev ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB