...Moskva vilayətində kommunal qəzadan, yəni söküntülər altından nə vaxtsa öldürülən kişi mumiyası tapılıb.
Şübhəli şəxs saxlanılaraq məhkum edilib.
SİA-nın əldə etdiyi məlumata görə, təbii ki, ilk olaraq ev sahibi sorğu-suala çəkilib.
...İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatına görə, cinayətin 2022-ci ilin oktyabrında Stupinodakı mənzillərdən birində törədildiyi müəyyən edilib.
...Deməli, dost-dostunun evinə qonaq gəlib və hansısa məqamda qonağın mənzil sahibinin arvadını təhqir etməsi səbəbindən kişilər arasında münaqişə yaranıb. Təqsirləndirilən şəxs bıçağı götürərək dostunun ürəyindən bıçaqlayıb, sonra qaçıb.
Qətl yalnız 2024-cü ilin yanvarında evin girişindəki istilik sistemində qəza baş verəndə məlum olub. Mütəxəssislər təqsirləndirilən şəxsin mənzilinin qapısını açıb və zorakılıqla ölüm əlamətləri olan bir kişinin mumiyalanmış cəsədini aşkar ediblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 38 yaşlı kişi olduğu müəyyənləşən şübhəli şəxs saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi cinayəti etiraf edib.
...Və 7 il həbs cəzasına məhkum edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB