Xəsarət alan ANAMA əməkdaşının vəziyyəti stabildir

Xəsarət alan ANAMA əməkdaşının vəziyyəti stabildir

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayışı nəticəsində xəsarət alan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Piriyev Anar Mürşüd oğlu Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəxanadan SİA-ya bildirilib ki, sağ baldırın yuxarı 3/1 ön səthinin kiçik ölçülü qəlpə yaraları, sağ əlin iç səthinin kəsilmiş yarası ilə xəstəxanaya gətirilən Anar Piriyevə ilkin tibbi yardım göstərilib.

Hazırda onun vəziyyəti stabildir.

Bütün xəbərlər Facebook səhifəmizdə