Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Qəbələ şəhərində yol qəzası baş verib. SİA-nın verdiyi xəbərə görə, aprelin 5-də saat 15 radələrində Əli Fərəcov idarə etdiyi “Xəzər” markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü Araz İbrahimxəlilovu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə