9 yaşlı qızı zorlamağa cəhd edən şəxs saxlanılıb

9 yaşlı qızı zorlamağa cəhd edən şəxs saxlanılıb

...Dağıstanda polis 9 yaşlı qızı zorlamağa cəhd edən 27 yaşlı gənci saxlayıb.

SİA xəbər verir ki, bu barədə RİA Novosti Region Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir.

Deməli verilən məlumata görə, martın 31-də Kaspiyskdə yataqxananın ərazisində sərxoş şəxs uşağa təcavüz edib. Qız qaça bilib. Kişi məktəbli qızı zorlamaq niyyətində olub. Dağıstan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməkdaşları Kaspiysk polisi ilə birlikdə şübhəlinin şəxsiyyətini tez bir zamanda müəyyən edə biliblər.

O, tez bir zamanda respublikanın Novolakski rayonunda tutularaq şöbəyə aparılıb.

Həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci (cinsi təcavüzə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə