Yekaterinburqun mərkəzində qadın meyiti tapılıb

Yekaterinburqun mərkəzində qadın meyiti tapılıb

Yekaterinburqun mərkəzində bir qadının cəsədi uzanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “E1.ru” portalı məlumat yayıb.

Qeyd edək ki, Sverdlovsk vilayətinin hüquq-mühafizə orqanları ölümün cinayətlə əlaqəli olduğunu təsdiqləmir. Sverdlovsk polisinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix bildirib ki, polis hazırda hadisənin bütün hallarını və təfərrüatlarını müəyyənləşdirir.

Hadisə ilə bağlı Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi araşdırma aparır.

İstintaq Komitəsinin regional İstintaq İdarəsinin rəisinin köməkçisi Aleksandr Şulqa meyitin təfərrüatları dəqiqləşdirmək üçün məhkəmə-tibbi ekspertizasına göndəriləcəyini vurğulayıb.

Polis və müstəntiqlər hadisə şahidlərini dindirməyə başlayacaqlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə