Bakıda kişini avtomobil vurararaq komatoz vəziyyətinə salıb

Bakıda kişini avtomobil vurararaq komatoz vəziyyətinə salıb

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb. SİA xəbər verir ki, avtoqəza Zabrat-Maştağa şossesində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan 55-60 yaşlı kişi yolun əks tərəfinə keçmək istəyərkən onu “Mercedes” markalı maşın vurub.

Piyada komatoz vəziyyətində Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə