Kür çayında meyit aşkarlanıb

Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə saat 18 radələrində rayonun Ərəbqardaşbəyli ərazisində qeydə alınıb. Çayda aşkarlanan naməlum kişi meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayonu şöbəsinə təhvil verilib və şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə