Ən güclü külək Tərtərdə əsir

Ən güclü külək Tərtərdə əsir

Hazırda bölgələrdə küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur. SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Bildirilib ki, ölkə ərazisində güclü şimal-qərb küləyi davam edir:

"Hazırda bölgələrdə küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur, burada küləyin maksimal sürəti 30 m/s-dir. Naftalanda küləyin sürəti 28 m/s, Goranboyda 23 m/s, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır".

G.Məmmədovanın sözlərinə görə, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə