...Leninqrad vilayətində azyaşlı qardaşı qızının zorlayıb, daha sonra onu axar suda öldürən gənc oğlan hazırda məhkəməsini gözləyir.
SİA xəbər verir ki, İstintaq Komitəsinin Leninqrad vilayəti üzrə istintaq idarəsinin mətbuat xidmətinin məlumatına görə, qız 2023-cü il aprelin 13-də öldürülüb.
...Təqsirləndirilən şəxs sərxoş halda münaqişə zəminində qardaşı qızını itələyib, nəticədə o, yıxılaraq dəmir yolu körpüsünün bəndindən Ulitov Ruçey sahilinə yuvarlanıb və huşunu itirib. Bundan sonra təcavüzkar qızı boğaraq qaçsa da, saxlanılıb.
Öz növbəsində, Leninqrad vilayətinin prokurorluğu təqsirləndirilən şəxsin 2022 və 2023-cü illərdə məktəbli qızın zorlanmasında iştirakının müəyyən edildiyini bildirib.
Bundan sonra zorlama və adam öldürmə faktları üzrə cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. Təqsirləndirilən şəxs həbsdədir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB