Lənkəranda baş verən qəzada xəsarət alan şəxs xəstəxanada ölüb

Lənkəranda baş verən qəzada xəsarət alan şəxs xəstəxanada ölüb

Bu gün Lənkəranda baş verən qəzada xəsarət alan şəxs xəstəxanada ölüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Lənkəranda baş verən yol qəzasında ağır xəsarət alan 1997-ci il təvəllüdlü Samir Yusif oğlu Abbasov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, S.Abbasov sıxılaraq deformasiyaya uğrayan yük avtomobilinın içində qalmışdı. FHN-in xilasediciləri tərəfindən yük maşınından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə