Lənkəran rayonunda yük maşını traktorla toqquşub. SİA-nın məlumatına görə, hadisə Ələt-Astara-İran dövlət sərhədi yolunda, "ASAN Xidmət"in qarşısında baş verib.
Hadisə nəticəsində ağır yaralanan traktorun sürücüsü təcili yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Sıxılmış vəziyyətdə qalan iki nəfərin xilasedicilər tərəfindən deformasiyaya uğramış yük avtomobilindən çıxarılması işləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB