Xocavənddə fəhlələri daşıyan mikroavtobus aşıb - YENİLƏNİB 2

Xocavənddə fəhlələri daşıyan mikroavtobus aşıb - YENİLƏNİB 2

Xocavənd rayonunda baş verən yol qəzası ilə bağlı Bərdə rayon mərkəzi xəstəxanasına ümumilikdə 11 nəfər yerləşdirilib. Bərdə RMX-dan bildirilib ki, baş verən hadisə ilə əlaqədar 11 (4- kişi cinsli, 7-i qadın cinsli) nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. TƏBİB-dən SİA-ya bildirilib ki, Xocavənd rayonunda baş verən qəza ilə əlaqədar 11 nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.

Müxtəlif növ bədən xəsarətləri alan 11 nəfərdən (7-si qadın cinsli, 4-ü kişi cinsli olmaqla) 5-nin vəziyyəti orta ağır, 6-nın vəziyyəti isə stabil qiymətləndirilir.

Digər xəsarət alan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə