Axtarışda olan 48 nəfər saxlanılıb - DİN

Axtarışda olan 48 nəfər saxlanılıb - DİN

Aprelin 2 -də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilir ki, narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə