Gödəkçənin astarında təcridxanadakı dostuna heroin keçirmək istədi YAXALANDI
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətdən SİA-ya verilən məlumata görə, həbs edilmiş şəxs Əli Həsənağa oğlu Novruzova dostu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı gödəkçənin astar hissəsində gizlədilmiş pambığa xüsusi üsulla hopdurulmuş 0,016 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB