Ucarda ev yanıb

Ucarda yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, Ucar rayonunun Bərgüşad kəndində ümumi sahəsi 300 m² olan kürsülu, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə