Astara rayonunda dəhşətli yol qəzası olub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında Ələt-Astara magistralının Astara rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "BMW" markalı minik avtomobili iri tonnajlı "DAF" markalı yük avtomobilinın altına girib. "BMW" markalı minik avtomobilində ölənlər var. Hazırda onlar yük avtomobilinin altından çıxarılır.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB