Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Orxan Vəliyev saxlanılıb və ondan 49 qram marixuana aşkar olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onun yaşadığı evə baxış zamanı 1 kiloqram 120 qramdan artıq marixuana, metamfetamin və 2 elektron tərəzi aşkar olunaraq götürülüb.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Akşin Rüstəmovdan isə 440 qram marixuana aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB