Fərdi yaşayış evində iki meyit tapılıb

Fərdi yaşayış evində iki meyit tapılıb

...Sankt-Peterburq yaxınlığında fərdi evdə iki meyit tapılıb. “78.ru” saytının məlumatına görə, qurbanlar qəribə şəraitdə ölüblər.

Belə ki, otaqda dizləri üstə yarı oturmuş vəziyyətdə bir cəsəd tapılıb. Mərhumun başında zərbənin, yanında isə qan və saç izləri olan balta tapılıb.

Eyni zamanda həyətyanı sahədə daha bir kişi meyiti aşkar edilib.

Ehtimal ki, bu, onun 51 yaşlı işsiz sahibi ilə birlikdə yaşayan 52 yaşlı tanışıdır.

Həmin şəxslərin içkili olduğu müəyyən edilib.

İstintaqın fikrincə, onlardan biri digərinin başına balta ilə vurub, sonra intihar edib?

Heç inandırıcı deyil!

Qeyd edək ki, cəsədlərin təxminən üç gün evdə qaldığı müəyyən edilib. Evin özü balta ilə öldürülən şəxsin bacısına məxsusdur.

Hazırda polis yoxlama aparır. Faktla bağlı cinayət işi açılıb. ...Ev Leninqrad vilayətinin Vıborq rayonunun Lujki kəndində yerləşir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə