Yaşayış binasında baş verən yanğın zamanı 50 nəfər təxliyə olunub

Yaşayış binasında baş verən yanğın zamanı 50 nəfər təxliyə olunub

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının söndürülməsi zamanı 15-i azyaşlı uşaq olmaqla, ümumilikdə 50 nəfər təxliyə olunub.

SİA xəbər verir ki, bu barədə FHN-nin DYMX-nin Yanğınsöndürmə Qərargahının rəis müavini, polkovnik-leytenant Taleh Babayev məlumat verib.

O qeyd edib ki, xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb: “Yalnız təcili tibbi yardım əməkdaşları hadisə yerində tüstüdən zəhərlənən vətəndaşlara kömək göstərib. Təxliyə olunanlar arasında yanıq xəsarəti alan yoxdur. Hadisənin başvermə səbəbləri hazırda araşdırılır”.

Bütün xəbərlər Facebook səhifəmizdə