Qonşunun pəncərəsinə daş atıb güllə yarası aldı...

Qonşunun pəncərəsinə daş atıb güllə yarası aldı...

...Atışma Sankt-Peterburqun Nevski rayonunda Novoselov küçəsindəki evlərdən birində baş verib.

SİA “78.ru” portalına istinadən xəbər verir ki, ev sakinlərindən biri yüksək səslə musiqi oxudan qonşunun qapısına yaxınlaşaraq ondan musiqi səsini azaltmasını istəyib.

Lakin heç kim kişiyə qapını açmayıb.

Bundan sonra o, səs-küylü qonşusunun mənzilinin pəncərəsinə daş atmağa başlayıb və iki güllə yarası alıb.

Deməli, güllələrdən biri onun sinəsinə, digəri çiyninə dəyib. 43 yaşlı zərərçəkənin özünün çağırdığı təcili yardım maşını onu xəstəxanaya aparıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Polis hadisənin başvermə şəraitini araşdırır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə