Xocalıda tapılmış məzarlığa mütəxəssislər və dövlət qurumları baxış keçirəcək
Bu gün biz Xocalı rayonunun Qaladərəsi adlanan ərazisində tapılmış məzar yerinə mütəxəssislər və aidiyyəti dövlət qurumları ilə birgə baxış keçirəcəyik. SİA xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, ərazinin ilkin dəyərləndirilməsi aparılacaq.
Qeyd edək ki, ötən gün Baş Ptokurorluğun yaydığı məlumata əsasən, insan qalıqlarının azı 3 nəfər şəxsə məxsus olması müəyyənləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB